75 il evli olan cütlüyün kədərli sevgi hekayəsi - fotolar

75 il evli olan cütlüyün kədərli sevgi hekayəsi - fotolar
3653 dəfə oxunub
  • A-
  • A
  • A+

Onlar axırıncı dəqiqəyə kimi bir-birindən ayrılmayıblar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Aleksandrın 95, Canetin isə 96 yaşı olub. Onlar uşaqlıqdan bir yerdə olublar, 1940-cı ildə isə ailə qurublar.

Bir neçə həftə əvvəl Aleksandr yıxılıb zədə alıb və yatağa düşüb. Az sonra həyat yoldaşı da xəstələnib. Xəstəxanada onların eyni otaqda müalicə olunmalarını təşkil ediblər. 

Qızları Eymi deyir ki, 75 il ərzində onlar həmişə can bir qəlbdə olublar:

"Anamın səhhəti atam xəstəxanaya düşəndən sonra pisləşməyə başladı". 

Aleksandr öldükdən sonra Canet ərinin əlini tutaraq deyib:

"Mən səni sevirəm. Gözlə məni, tezliklə yanında olacağam".

Və bir neçə saat sonra o da dünyasını dəyişib.

Cütlüyün 5 övladı, 10 nəvəsi və 6 nəticəsi var.