"Changan" klubu Lahıcda - fotolar

"Changan" klubu Lahıcda -  fotolar
951 dəfə oxunub
  • A-
  • A
  • A+
2015-ci ilin yanvarında yaradılmış "Changan" avtomobilləri sahiblərini birləşdirən klub, iyunun 20-də yenə də üzvlərini səyahətə səslədi.

Müasir və rahat "Changan" modellərindən ibarət avtomobil karvanı bu dəfə İsmayıllının Lahıc kəndinə yollandı. Lahıcda "Changan" aşiqləri və onları müşahidə edən media nümayəndələri kəndin tarixi abidələri, muzeyləri və məşhur ticarət küçəsi ilə tanış oldular. Eyni zamanda yerli əhali "Changan" avtomobilləri ilə daha yaxından tanış olmaq, onları maraqlandıran sualları avtomobil sahiblərinə vermək imkanı əldə etdilər.

Axşam klub üzvləri üçün yerləşdikləri oteldə şam yeməyi təşkil olundu. Bir araya toplaşmış "Changan" sevərlər avtomobillərin istismarı, texniki xidməti və xüsusiyyətləri barədə bir-birləri ilə fikir mübadiləsi apardılar. Sonra isə yeni üzvlərə klubun yaranması, məqsədi və gələcək tədbirləri haqda məlumat verildi, yaranmış suallar cavablandırıldı.

Gecənin sonunda iştirakçılara "Changan" şirkəti, onun nailiyyətləri və istehsal prosesi barədə video çarxlar nümayiş olundu. Xüsusi hazırlanmış bayrağın önündə xatirə şəkli çəkdirildi. Növbəti gün klub üzvləri avtomobillərinə istirahət verib atlarla Lahıc dağlarına yola düşdülər.

Lahıc şəlaləsinin yaxınlığında, çayın kənarında xüsusilə bu tədbir üçün Bakıdan dəvət olunmuş peşəkar aşbazın köməkliyi ilə qonaqlar üçün piknik təşkil olundu. Günün ikinci yarısı "Changan" avtomobilləri Bakıya yola düşdülər. Ənənəyə uyğun olaraq hər bir avtomobil yanacaqla təmin olundu. Kluba daim dəstək olan “Sirena Motors” şirkəti bu dəfə də yüksək təşkilatçılığı ilə fərqləndi.