ATV-nin bu verilişləri yayımını dayandırdı

ATV-nin bu verilişləri yayımını dayandırdı
7211 dəfə oxunub
  • A-
  • A
  • A+
Yay mövsümü ilə əlaqədar bir çox verilişlər yayımını dayandırıb.

Axşam.az-ın məlumatına görə, mövsüm istirahətinə yollanan verilişlər sırasına ATV-də yayımlanan "Gündəlik" və "Gün üzü" də daxil olub.

Aparıcı Mətanət Əliverdiyeva verilişinin bağlanması ilə əlaqədar bunları deyib:

"2 ay efirdə olmayacağıq. Sentyabrda yenidən tamaşaçıların qarşısına çıxacağıq. Görüm 2 ay ərzində kim məni axtaracaq, zəng edəcək. Əsl dostum kimdir biləcəm".

"Gün üzü" verilişinin aparıcısı İlqar Mikayıloğlu da tamaşaçılarla sağollaşıb:

"Yay tətilimiz 2 ay davam edəcək. Sentyabrda nələr olacaq deyə bilmərəm. ATV-də "Gün üzü" başa çatdı".