Məşhur geyim markasının varisləri dənizdə boğuldu

Məşhur geyim markasının varisləri dənizdə boğuldu
8852 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərə və İrlandiya başda olmaqla, dünyanın bir çox ölkəsində mağazaları fəaliyyət göstərən məşhur geyim markası “Primark”ın varisləri Barri Rayanla oğlu Davis Rayan dənizdə boğulublar.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Barri Rayanın oğlu İrlandiyada dəniz sahilində gəzərkən 20 yaşlı sevgilisi Niamh O’Konnor sahilə vuran güclü dalğa nəticəsində dənizə düşüb. Bu zaman Davis sevgilisini xilas etmək üçün dənizə atılıb.

Cütlüyün yanında olan “Primark”ın varisi Barri də oğlunun ardınca tullanıb. Niamh, Davis, Barri - hər üçü suda boğulub. Ətrafdakıların köməyi ilə Barrinin cəsədi tapılsa da, Davisla Niamhın meyidi hələ də axtarılır.

Qeyd edək ki, Niamh O’Konnorun balıq tutmaq üçün dənizə çox yaxınlaşdığı və bu səbəbdən dalğanın onu apardığı ehtimal olunur.