Tanınmışların ən böyük arzusu: "Ata olmaq istəyirəm"

Tanınmışların ən böyük arzusu:  "Ata olmaq istəyirəm"
3681 dəfə oxunub
  • A-
  • A
  • A+
"Star life" verilişi sənət aləminin tanınmış simaları arasında sorğu aparıb.

Axşam.az-ın məlumatına görə, onlar ən böyük arzularını dilə gətiriblər.

Əməkdar artist Elza Seyidcahan:

"Çox arzularım var ki, hələ reallaşmayıb. İnsanın qəlbi təmizdirsə, arzusu ürəyində qalmır. Zamanla mütləq hamısı reallaşacaq. Elə arzular var ki, Allahdan istəməyə cürətim çatmayıb. Amma bir müddət keçib, Tanrı onu mənə bəxş edib".

Əməkdar artist Abbas Bağırov:
 
"Ən böyük arzum şəxsi həyatla bağlıdır. İnşallah o da reallaşacaq".

Müğənni Sevda Yahyayeva:
 
"Ən böyük arzum müğənni olmaq idi. Deyirdim, tanınım, mahnılarım sevilsin. İndi sevilirəm, konsertlərimə tamaşaçılar gəlir. Arzuma çatmışam".

Müğənni Yaşar Cəlilov:

"Ən böyük arzum qızımın olmasıdır. Bundan böyük istəyim yoxdur. Ona anamın adını - Ayşə ismini qoyacam".

Müğənni Zamiq Hüseynov:

"Heç vaxt arzularım olmayıb. Həmişə deyirəm ki, çalışdığımın bəhrəsin görüm".
 
Müğənni Niyam Salami:
 
"Övladım, ailəm yoxdur. Allahdan onları mənə bəxş etməsini istəyirəm".

Müğənni Elçin Cəfərov:
 
"Sənətimlə, şəxsi həyatımla bağlı arzularım var. Amma alınmayanda fikir çəkmirəm. Demək qismət deyil ki, alınmadı".

Müğənni Əlikram Bayramov:
 
" Bu yaxınlarda oğluma toy etmişəm. İndi ən böyük arzum baba olmaqdır. Bəzi arzular da var ki, əlçatmazdır".

Müğənni Ayan Babakişiyeva:

"Sirrdir. Heç vaxt söz saxlamıram. Amma bunu deməyim. Ən əsası xoşbəxtin xoşbəxti olmaq istəyirəm".

Müğənni Mirkamil Kamilov:
 
"Ən böyük arzum xoşbəxt olmaqdır. Ona gedən yollarda çox bədbəxtçiliklərlə rastlaşmaq olur. 

Müğənni Çingiz Mustafayev:
 
"Bu dünyada rahat və gözəl yaşamaq istəyirəm. Neqativlərdən uzaq".

Müğənni Günay İbrahimli:

"Bütün arzularım reallaşıb. Amma yeniləri daim olur. Arzum Heydər Əliyev Sarayında konsert vermək, yeni evimə köçmək və ailə qurub, övlad sahibi olmaqdır".