Şəkidəki "İpək yolu" festivalından fotolar

Şəkidəki "İpək yolu" festivalından  fotolar
1046 dəfə oxunub
  • A-
  • A
  • A+
VI Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəkidə Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların musiqi incəsənətinin nümunələri təqdim olunub.

Axşam.az-ın məlumatına görə, “Yuxarı Karvansaray”da keçirilən gündüz konsertində 6 ansambl çıxış edib: kürdlərin “Şero”, ləzgilərin “Suvar”, tatarların “Tuqan Tel”, məhsəti türklərinin rəqs ansamblı, rusların “Kadril” rəqs ansamblı.

Burada bütün yaş qruplarından olan insanlar: məhsul yığımı mərasiminin ən kiçik iştirakçılarından – tatar rəqs ansamblının 80 yaşlı üzvünə qədər təmsil olunub. Konsert Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsidir. Tədbirin sonunda konsertin bütün iştirakçılarının ifasında “Azərbaycan” mahnısı səslənib.

Həmin gün Yay Teatrında “Zirvə” ansamblının da çıxışı olub. Eldar Rəcəbovun rəhbərlik etdiyi ansamblın ifasında Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Bəxtiyar Vahabzadənin mahnıları səsləndirilib. Ansamblın solistləri – Anar Həsənli, Azər İsgəndərov, Elvin Əhmədov, Seymur Qasımzadə, Məlahət Mahmudova və başqaları alqışlarla qarşılanıblar.

Şəkinin “Zirvə” ansamblı öz çıxışını “Heyratı” zərbi muğamı ilə başa vurub. Musiqi bayramı davam edir.