“Yabancı damat”, “Aliye”nin ssenaristi özünü öldürmək istədi

 “Yabancı damat”, “Aliye”nin ssenaristi özünü öldürmək istədi
3463 dəfə oxunub
  • A-
  • A
  • A+
“Süper baba”, “Deli yürek”, “Yabancı damat”, “Aliye”, “İkinci bahar” kimi reytinq rekordu qıran serialların ssenaristi Güliz Kucur intihara cəhd edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ssenarist İstanbulda yaşadığı evin pəncərəsindən özünü atmaq istəyib. Gülizi binanın təmizlik işlərinə baxan şəxslər xilas ediblər. Ətrafdakılar və hadisə yerinə gələn polis

G.Kucuru özünü öldürmək fikrindən döndərə bilməsələr də, ssenaristin fikri yayınan zaman onu sakinlər tutaraq pəncərədən uzaqlaşdıra biliblər.

Uzun müddət təcili tibbi yardım maşınına minmək istəməyən Güliz həkim müayinəsindən keçmədən aparıldığı xəstəxanadan da qaçıb. O, polisə ifadə vermək istəməyib. G.Kucurun iqtisadi baxımdan çətinlik çəkdiyi ehtimal olunur.