"Çağlayla ömür boyu görüşəcəyik" - Emre

"Çağlayla ömür boyu görüşəcəyik" -  Emre
6114 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli model Çağla Şikəllə 7 illik münasibətinə son qoyan müğənni Emre Altuğ jurnalistlərin suallarını cavablandırıb.

Axşam.az-ın "acunn.com"a istinadən xəbərinə görə, ifaçı "Sevgidən küsmüsünüz" sualına belə cavab verib:

"Niyə küsüm? Eşq yaşamağı sevən insanam. Çox gözəl sevgi həyatım oldu. Ondan sonra da iki gözəl eşq yaşadım. Heç də peşman deyiləm. Heç kim peşman olacağım hərəkət etməyib".
 
Emre "Niyə keçmiş həyat yoldaşınız Çağla xanımla birlikdə istirahətə getmədiniz" sualına isə "Tez-tez görüşürük. Çağlayla ayrılanda söz verdik ki, ömür boyu görüşəcəyik. Əvvəl ideal cütlük idik. İndi isə ideal boşanmış cütlük olmuşuq. Gələn həftə uşaqlarımızla birlikdə İstanbulda görüşəcəyik. Daha sonra isə övladlarım bir həftə mənimlə Çeşmədə qalacaqlar" deyə, cavab verib.