"Muğamın səsi" yeni vaxtda

"Muğamın səsi" yeni vaxtda
686 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lider" telekanalında yayımlanan “Muğamın səsi” verilişinin budəfəki qonağı muğam ifaçısı Babək Niftəliyev olacaq.

Axşam.az-ın məlumatına görə, xanəndə muğam sənətindən, xalq mahnılarımızdan, təsniflərdən, onların kimlər tərəfindən dövrümüzə qədər gəlib çatmasından bəhs edəcək.

Aparıcılığını tarzən Humay Qədimovanın etdiyi verilişdə B.Niftəliyev yaradıcılığındakı yeniliklərdən də danışacaq.

Qeyd edək ki, “Muğamın səsi” artıq yeni vaxtda yayımlanacaq. Hər həftənin cümə günü ekrana gedən proqrama tamaşaçılar bundan sonra bazar günü saat 22:00-da baxa biləcəklər.