Nərmin müğənnilər haqda: "Pis günə qalırlar"

Nərmin müğənnilər haqda:  "Pis günə qalırlar"
6945 dəfə oxunub
  • A-
  • A
  • A+
Stilist Nərmin İbrahimova şou-biznes nümayəndələrinin stilindən bəhs edib.

Axşam.az-ın məlumatına görə, o, “Onlar” verilişində zövqlü ifaçıların adlarını açıqlayıb:

“Məşhurlarımız yeni dəb yaradıb. Pul ödəməsinlər deyə, hansısa bir stilistlə qarşılıqlı reklamla işləyirlər. Bəziləri də qeyri-peşəkarların əlinə düşürlər və pis günə qalırlar. Şou-biznesdə görünüşünü bəyəndiyim xanımlardan biri Tünzalə Ağayevadır. Həm özünə hörmət edir, həm də makiyajını və geyimini düzgün seçir. O xanımda qüsur yoxdur. Röya Ayxan da zövqlü geyinir”.

Xanımlara məsləhətlər verən N.İbrahimova yay dəbindən danışıb:

“Əlvan rənglər dəbdədir. Güllü parçalardan olan geyimlər daha aktualdır. Rahat, enli, idman geyimləri dəbdədir. Qəhvəyi tonlara üstünlük verilməlidir. Saçlarda isə 1 rəng olmalıdır. Xanımlar çalışsınlar yayda makiyajdan az istifadə etsinlər”.