"Kimlərinsə hesabına zalı doldurmayacam" - Miri Yusif

"Kimlərinsə hesabına zalı doldurmayacam" -  Miri Yusif
1180 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Miri Yusif media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, ifaçı iyulun 25-də baş tutacaq solo konserti ilə baxlı sualları cavablandırıb.

O, tamaşaçılarına maraqlı gecə vəd edib:

“Səhnədə ancaq özüm olacam. Heç bir duet ortağım səhnəyə çıxmayacaq. Hətta duet kimi səsləndirdiyim mahnıları da özüm tək oxuyacam. Tamaşaçı konsertə mənə görə gəlməlidir. Kimlərinsə adından istifadə edib, zalı doldurmaq fikrində deyiləm. Yerlər məhduddur, biletlərin çoxu satılıb. Hətta ailə üzvlərimə də bilet ayıra bilmədim”.

Hər zaman bir neçə gün konsert verən M.Yusif bu dəfə yalnız bir gün etməsinin səbəbini açıqlayıb:

“Əvvəlcə üç gün etməyi planlaşdırırdıq. Amma fikrimizi dəyişdik. İstəyirəm insanlar intizarda qalsın. Çünki payızda daha böyük bir məkanda konsertim olacaq. Çox möhtəşəm gecə düşünmüşük”.

İfaçı sənət aləmində tək rəqibinin özü olduğunu iddia edib:

“Mən ancaq özümlə rəqabətə girərəm. Ötən il konsertim günü yağış yağmışdı. Qorxurdum ki, heç kim gəlməz. Amma zal dolu idi. Əmin oldum ki, qar yağsa da, tamaşaçılar məni dinləməyə gələcək”.