Kıvanç Serenay Sarıkayanı istədi

Kıvanç Serenay Sarıkayanı istədi
12952 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qurd Seyid və Şura" serialından sonra gündəmdən uzaqlaşan türkiyəli aktyor Kıvanç Tatlıtuğ yeni mövsümdə ekranlara qayıtmağı planlaşdırır.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, o, "Ay Yapım"ın lentə alacağı seriala çəkiləcək. Tatlıtuğ yeni serialda tərəf müqabilinin aktrisa Serenay Sarıkaya olmasını istəyib. 

Aktyor sözügedən ekran işindən sonra seriallarla vidalaşacağını, özünün yazdığı hekayələrə film çəkəcəyini deyib.