Türkiyənin məşhur aparıcısı: “Ərim məni döyür”

Türkiyənin məşhur aparıcısı: “Ərim məni döyür”
5822 dəfə oxunub
  • A-
  • A
  • A+
Həmkarları Ece Erken və Bade İşçildən sonra məşhur aparıcı İkbal Gürpınar da əri tərəfindən döyülməsi şikayətiylə məhkəməyə müraciət edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aparıcı təhlükəsizliyinin təmin olunmasını tələb edib. İkbal 2013-cü ildə ailə qurduğu Emre Ermişin evləndiyi gündən onu döydüyünü və psixoloji təzyiq göstərdiyini deyib. Bütün bunlar isə aparıcının əvvəlki nikahından olan 8 yaşlı oğlunun gözləri önündə baş verib.

Məhkəmə Emrenin bir ay müddətinə aparıcı ilə yaşadıqları evdən uzaqlaşdırılmasına və ona 50 metr məsafədən çox yaxınlaşmamasına qərar verib. Ermişin xanımına qarşı təzyiq, təhqir, şantaj xarakterli davranışlarına son qoyması da tələb edilib.