İzzətin bacısı oğlu da müğənni oldu - foto

İzzətin bacısı oğlu da müğənni oldu -  foto
4291 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadənin bacısı oğlu Tahir də oxumağa başlayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi "Görüş yeri" verilişində ilk vaxtlar onun bu sənətdə yer almasına qarşı çıxdığını deyib:

“Tahir mənim böyük bacımın oğludur. Ondan başqa iki bacım da var. Körpə yaşlarında bizim himayəmizdə böyüyüb. Deyirlər, "Yaxşı oğul dayısına bənzəyər". Tahir də mənə oxşayır. Ömür boyu ona dayılıq etmişəm. Musiqi kollecini bu il bitirdi. Uşaq yaşlarından atasını itirib. Körpəliyindən anası ilə birlikdə bizimlə qalır. Tahirə böyük övladım kimi baxıram. Onun müğənni olmasına ilk vaxtlar etiraz edirdim. Sonra gördüm ki, xeyri yoxdur. Heç vaxt toylarda onu məsləhət görməmişəm. İndi Tahirin reklamı ilə məşğuluq. Bir az tanınsın, insanlar özləri onu məclisə dəvət edəcəklər”.