Reyddə saxlanılan sürücülər arasında qadınlar da olub - fotolar

Reyddə saxlanılan sürücülər arasında qadınlar da olub -  fotolar
2483 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıb.

Axşam.az “Report”a istinadən  xəbər verir ki, reydlər sərxoş sürücüləri müəyyən etməyə və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı yönəlib.

Bir gecə ərzində Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən 30-dan artıq sürücü saxlanılıb. Digər 2 sürücünün isə avtoxuliqanlıq hərəkətlərinə görə saxlanıldığı bildirilir. Onların hər biri barəsində qanuni tədbirlər görülüb.

Bir gecə ərzində keçirilən reydlər zamanı ümumilikdə kobud qayda pozuntularına yol verən 50-yə yaxın sürücü cərimələnib. Onların arasında qadın sürücülərə də rast gəlinib.

Reydlərin əsas məqsədi yol hərəkəti qaydalarının cəmiyyət arasında təbliğini yüksəltmək və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizə aparmaqdır.