Samir Cavadzadə muğam oxumağa başlayır

Samir Cavadzadə muğam oxumağa başlayır
766 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Cavadzadə bundan sonra özünü xanəndə kimi də sınayacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Onlar”a açıqlamasında xəbər verib:

“Muğamı çox sevirəm. Bu sahədə təhsil də almışam. Bu yaxınlarda tamaşaçılarım üçün muğam ifalarımı təqdim edəcəm. Muğamı bilirəm, buna görə də özümü hər tərzdə mahnı səsləndirməyə qadir olan ifaçı hesab edirəm. Hansı əcnəbi mahnını səsləndirsəniz, onun içindən muğamı tapıb oxuyaram. Əgər estrada ifaçısı olmasaydım, mütləq xanəndəlik edəcəkdim. İndi tanıdığım xanəndələr məni görəndə deyirlər ki, “At estradanı, gəl muğam sənətinə”. Mənim müəllimim Vahid və Cabir Abdullayevlərin qardaşı Sabir Abdullayev olub. Musiqidə ilk addımımı muğamla atmışam”.