Şayiələr yalan çıxdı – tanınmış aktrisa ana oldu

Şayiələr yalan çıxdı – tanınmış aktrisa ana oldu
7653 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa-model Ceren Hindistan ana olub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Ümid Aslanla dini nikahda yaşayan aktrisanın qızı doğulub. Ceren sosial şəbəkədə xəstəxanada çəkilmiş ailəvi fotosunu paylaşaraq yazıb:

“Çox şükür, körpəmizə qovuşduq. Qızım Arya Rima Aslan 25 iyul, 2015-ci il tarixində doğuldu. Başda həkimimiz olmaqla, dostlarımıza təşəkkür edirik. Allah istəyən hər kəsə bu gözəl duyğunu yaşatsın, İnşallah!”.

Xatırladaq ki, bir qədər əvvəl mediada Ceren Hindistanın hamilə olmaması və Ümidin bunu öyrəndikdən sonra onu tərk etməsi ilə bağlı xəbərlər yayılmışdı.