"Bizi bir-birimizə oxşadırlar"

"Bizi bir-birimizə oxşadırlar"
2560 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Gülyanaq Məmmədova ilə əməkdar artist Hüsniyyə Mürvətovanı bir-birinə bənzədirlər.

Axşam.az-ın məlumatına görə, tanınmışlar bu haqda “Onlar” verilişində danışıblar.

Aktrisa G.Məmmədovanı çox bəyəndiyini və bu bənzədilməkdən əsəbiləşmədiyini vurğulayıb:

“Gülyanaq gözəl xanımdır. Sənətini də sevirəm. Oxşadırlar, buna da yaxşı baxıram. Boyumuzun hündürlüyü, saçlarımızın rəngi, üz cizgilərimiz oxşayır”.

G.Məmmədova isə onu daha çox dünya ulduzu Selin Diona bənzətdiklərini deyib:

“Hüsniyyəni çox sevirəm. Mənə də bənzədiyimizi deyənlər olub. Amma məni daha çox Selin Diona oxşadırlar. İnsan dünyaya cüt gəlir. Mən onlara, onlar mənə oxşasın, burda nə var ki? Normal haldır".