"Belə getsə, şou-biznes çökəcək"

"Belə getsə, şou-biznes çökəcək"
1769 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəhim Rəhimli həmkarlarının ünvanına sərt sözlər deyib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Onlar”a açıqlamasında bəstəkarlara pul verməyən sənətçiləri tənqid edib:

“Bəzən sənətçi həmkarlarıma əsəbiləşirəm. Vacib deyil hər ay bir mahnı təqdim edəsən, hər gün efirdə görünəsən. İnsanın qulağı, gözü var. Bir gör, eşit ki, nə oxuyursan da. Hamısı mahnı yazmağa başlayıblar. Müğənnisən mahnını oxu. Get yaxşı bəstəkara müraciət et, düzgün mahnı al. Biabırçılıqdır. Bizimkilər bəstəkara pul vermək istəmirlər. Boş-boş hər gün efirdə görünməyin mənası yoxdur. Madonna, Tarkan, Beyons kimi ulduzlar bəstəkarlardan mahnılar alırlar. Bizimkilər də gedib klassik mahnıları oxuyurlar. Rusiyada on müğənnini səhnədə görürsən. İcazə vermirlər ki, "çirkli ifaçılar" qarışqa kimi səhnəyə daraşsın. Biz icazə verdik yerindən duran gəlsin, mahnı yazsın. Belə getsə, şou-biznesimiz çökəcək”.