"Məndə anadangəlmə belədir, niyə qısqanmaq lazımdır?"

"Məndə anadangəlmə belədir, niyə qısqanmaq lazımdır?"
3433 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Məleykə Əsədova plastik əməliyyat etdirməsi ilə bağlı yayılan şayiələrə cavab verib.
 
Axşam.az-ın məlumatına görə, aktrisa “Onlar”a açıqlamasında özünü şarmlı xanım hesab etdiyini deyib:

“Göz ürəyin aynasıdır. Qəlbi təmiz saxlayanda gözəllik gözlərə vurur. Heç bir yerimdə plastik əməliyyat yoxdur. Bircə burnumda etdirmişəm, onu da heç vaxt gizlətmirəm. Plastik əməliyyata pis baxmıram. Adi insanlar da etdirir. Mən səhnə adamıyam, lazım gəlsə, elətdirəcəm. Heç gizlətməyəcəm də. Anadangəlmə dərim belədir, niyə qısqanmaq lazımdır? Makiyaj qadına ruh verir. Amma gözlərin gözəlliyin dəyişmir. Xanım şarmlı olmalıdır. O da məndə var. İllərdir eyni kilodayam, boydayam”.