Azər Axşam 16 ildən sonra yenidən...

Azər Axşam 16 ildən sonra yenidən...
6521 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Azər Axşam 16 ildən sonra yenidən teatr səhnəsinə qayıdıb.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda “Onlar”da xəbər verib:

“Bu yaxınlarda Dövlət Pantomima Teatrında “Hamlet” tamaşasını təhvil verdik. Məşq başqadır, səhnədə rolu oynamaq başqa. Şekspirin böyük əsərini bir nəfəsə oynamaq və anlamaq asan deyil. Bacarıqlı aktyor olduğum üçün işin öhdəsindən gələ bildim. Sağ olsun Bəxtiyar Xanızadə. 16 il teatrdan uzaq qalan bir aktyora Hamleti oynatmağı bacardı”.

A.Axşam teatrdan uzaqlaşma səbəbini də açıqlayıb:

“Tək səbəb maddiyat idi. İşini sevən birini teatrdan puldan başqa heç bir səbəb uzaq sala bilməz”.

Aktyor daha sonra “Həyat tərzimə zidd obrazları sevirəm. “Qız atası” serialındakı Çingiz də elədir” deyə, əlavə edib.