"Survivor" iştirakçıları məhkəmədə görüşəcək

"Survivor" iştirakçıları məhkəmədə görüşəcək
5794 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor All Star"da yarışan Həsən Yalnızoğlu və Turabi Çamkıran arasındakı mübahisə məhkəməlik ola bilər.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Həsən "Turabi səni bu qədər təhqir etdiyi halda, necə oldu ki, ona qarşı hörmətli oldun" sualına belə cavab verib:

"Təhqirlərini, təbii ki, eşitdim. Hər sözə bir cavabım var, amma bir sözə baxaram, bir də sözün yiyəsinə ki, adamdır ya yox... Onun pis adam olduğunu düşündüyüm üçün belə dedim, amma nə adının qarşısına bir söz qoşdum, nə də təhqir etdim. O isə həm hərəkətləri, həm də söylədikləri ilə özündən böyük adama hörmətsizlik etdi. Deyir ki, "böyüklərə hörmət edirəm, ata-anam mənə hörmət və adamlıq öyrətdi", amma söylədikləri düz gəlmir. Onun etdiyi təhqirlərin hüquqi qarşılığında nə ola bilərsə, hazırda onu araşdırıram".