"Kösem Sultan"ın kim olacağı dəqiqləşdi

"Kösem Sultan"ın kim olacağı dəqiqləşdi
13958 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kösem Sultan" serialı ilə bağlı problem artıq həll olunub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, prodüser Timur Savcı və aktrisa Beren Saat arasındakı qonorar anlaşılmazlığı yoluna qoyulub.

Müzakirələrdə hər iki tərəfin güzəştə getməsi ilə Kösem Sultan obrazını Beren Saatın canlandıracağı dəqiqləşib. Serialı çəkən şirkətlə telekanal sonuncu toplantıda aktrisanın adı üzərində dayanıblar.

B.Saatın serialda çəkilmədiyi üçün Malibuya gedəcəyi barədə olan iddialara isə şirkət belə cavab verib:

"O, seriala 7-ci bölümdə daxil olacaq. O vaxta kimi istər Malibuya gedər, istərsə də kosmosa".