Milyarderin 67 yaşlı model anası – fotolar

Milyarderin 67 yaşlı model anası – fotolar
2484 dəfə oxunub
  • A-
  • A
  • A+
67 yaşlı model, dietoloq və yazıçı Mey Mask fotokamera qarşısına keçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 3 uşaq anası, 9 nəvəsi olan Mey həm də fəal sosial şəbəkə istifadəçisidir. Onun ən məşhur övladı isə milyarder İlon Maskdır.

Dünyada ən böyük investorlardan sayılan İlonun sərvəti 11,9 milyard dollar həcmindədir. Meyin digər oğlu Kimbel “The Kitchen” restoranlar şəbəkəsinin sahibi, qızı Toska isə filmlərin, televiziya şoularının prodüseri və rejissorudur.
 
Mey Mask müsahibəsində bildirib ki, o, övladlarının karyera qurmasında heç bir köməklik göstərməyib:

“Mən həddindən artıq çox işləyirdim. Onlara məsləhət verməyə belə vaxtım olmayıb. Hər bir şeyi özləri ediblər”.