Bal ayı fotosunu silməli oldu

Bal ayı fotosunu silməli oldu
7103 dəfə oxunub
  • A-
  • A
  • A+
Çəkildiyi “O hayat benim” serialının efir rejissoru Efe Kubilayla ailə quran aktrisa-yazıçı İclal Aydın həyat yoldaşı ilə bal ayındadır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı bal ayı fotosunu bir müddət sonra silməli olub. Buna səbəb isə serialın prodüseri Yaşar İrvülün aktrisa və rejissora şəxsi həyatlarıyla bağlı hər hansı məlumatın verilməsinə qadağa qoymasıdır.

Qeyd edək ki, İclal Aydının Efe Kubilayla nikahı dördüncüdür. Aktrisa-yazıçı daha əvvəl 3 dəfə ailə qurub. Onun Lal adlı bir qızı var. Cütlük hazırda Florensiyada bal ayındadır.