Mahsun Kırmızıgül 5 milyonluq villasını satmalı oldu

Mahsun Kırmızıgül 5 milyonluq villasını satmalı oldu
3710 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənnilikdən imtina edən Mahsun Kırmızıgül film sektorundan qazandıqlarını yenidən həmin sahəyə yatırır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi yeni filmini çəkmək üçün Baxçaköydəki villasını satışa çıxarıb. Mahsunun evinin satış qiyməti isə 5,5 milyon dollardır. 1400 kvadrat metr ərazidə yerləşən üçmərtəbəli villanın hovuzu, 6 yataq otağı, 2 qonaq otağı, 4 hamamı və saunası var.

Qeyd edək ki, M.Kırmızıgül bu yaxınlarda toyda oxuması üçün ona edilən 1 milyon lirəlik (təxminən 387 min manat) təklifi rədd etmişdi. Sənətçi bunu musiqi karyerasına son qoyması ilə əlaqələndirmişdi.