Ağalarovların məkanında qolf turniri keçirildi - fotolar

Ağalarovların məkanında qolf turniri keçirildi - fotolar
3432 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan “Agalarov Golf & Country Club"da qolf ustalarının və xüsusi qonaqların iştirakı ilə tədbir keçirilib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, İngiltərə kraliçası II Yelizavettanın rəsmi tədarükçüsü olan “Launer” şirkəti tərəfindən təşkil edilən məclis qolf turnirinə həsr olunub. "Royal British Day" adlı tədbirdə qonaqları şirkətin rəhbərinin oğlu Endryu Bodmer və klubun sahibinin oğlu, müğənni-bəstəkar Emin qarşılayıb.

Tədbir zamanı "Agalarov Estate"də SOS by Lena Perminova layihəsinə dəstək olaraq, xeyriyyə hərracı keçirilib.

Hərraca başqa əşyalarla yanaşı məhdud seriyalı “Lamborghini” avtomobili də qoyulub.