"40 yaşımda evlənəcəm" - fotolar

"40 yaşımda evlənəcəm" -  fotolar
4493 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Şəhriyyar Əbilov yay istirahətindən bəhs edib.

Axşam.az-a açıqlama verən aparıcı bütün yayı özünə qulluq etməklə keçirdiyini söyləyib:

“Yayın əvvəlində Hindistana getdim, 7 gün qaldım. Bir çox məşhur aktyorlarla görüşdüm. Həyatımda arzuladığım, xəyalımdakı nağılvari Hindistanı gördüm. Sonra Tükriyəyə yollandım. Yay aparıcıların özünə qulluq etdiyi ərəfədir. İş olmur, yeni mövsümə hazırlaşırıq. Yeni layihə axtarıram. Köhnəni etmək istəmirəm. Ola bilsin ki, oktyabrdan efirə çıxım. Başqa kanallardan da təkliflər alıram. Doğma ATV-ni ata bilmirəm. Məni ATV tanıdıb. Keyfiyyətli iş istəyirəm. Bu gün tamaşaçını təəccübləndirmək çətindir. Toy bazarı müğənnini, aparıcını adiləşdirib. Şou-biznesimizi apar tulla, çox ucuzlaşıb. Bir vaxtlar xalq artistləri əlçatmaz idi. Çünki piarı düz edirdilər. İndikilər piarı düz etsələr, acından öləcəklər”.

36 yaşı olan Şəhriyyar evlənməməyinin səbəbini də açıqlayıb:

“Anam hər dəfə deyirdi ki, yaş ötür, evlən. Mənim iki ailəli, övladları olan bacım var. Anamın iki nəvəsi var, deyirəm ki, bəsindir. Mən karyeramı inkişaf etdirirəm. Bəlkə Amerikaya getdim. Aktyorluq üzrə təhsil almaq istəyirəm. Rahat yaşamağa çalışıram. Bütün istədiyimi əldə etdikdən sonra 40 yaşımda evlənəcəm. Bütün ailəyə mən baxıram. Qazancımda təkcə bu sahədəndir. Film təklifləri almışam. Onları dəyərləndirəcəm".

Foto: Ramin ASLANOV