Rusiyalı məşhur bakılı nişanlısı haqda: "Mənə əsl kişi qayğısı göstərir"

Rusiyalı məşhur bakılı nişanlısı haqda: "Mənə əsl kişi qayğısı göstərir"
3175 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı soprano Anna Netrebko 34 yaşlı bakılı nişanlısı, tenor Yusif Eyvazovla birlikdə “Nargis” dərgisinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, Y.Eyvazov sevgilisindən, Annanın onu necə cəlb etdiyindən danışıb:

“Anna çox emosional, enerjilidir. Eyni zamanda ağıllı, sağlam düşüncəsi olan qadındır. Səmimi və mehriban xanımdır. Tanış olanda bunu həmin an hiss etdim və başa düşdüm ki, nəyahət öz yarımı tapdım. Özüm üçün bütün qərarları verdim. Anna məni dünyanın ən xoşbəxt insanı etdi”.

A.Netrebko “Yusif sizi necə təəccübləndirdi" sualına belə cavab verib:

“Onun yanında özümü əsl qadın kimi hiss edirəm. O, əsl kişi qayğısı göstərir. Yusif mənə şeir yazıb. Fərqli ölkələrdə olanda sürprizlər edir, xəbərsiz yanıma uçur. Mənə yazır ki, yatmağa hazırlaşıram, sən demə artıq təyyarədədir. Çox romantikdir. Biz heç vaxt mübahisə etmirik. Bütün problemləri danışaraq yoluna qoyuruq”.

A.Netrebko Bakı səfərindən də bəhs edib:

“Yusiflə münasibətə başlayandan sonra Bakıya getdim. Məni valideynləri ilə tanış etdi. Bu möhtəşəm şəhərə, gözəl insanlarına, dadlı mətbəxinə və ətrafdakı müsbət enerjisinə heyran oldum. Həmin gündən sonra Bakıya yenidən getməyi arzulayıram. Ümid edirəm ki, belə fürsətim olacaq”.