Sevgilinizlə aranızdakı fərq və onların yaratdığı problemlər

Sevgilinizlə aranızdakı fərq və onların yaratdığı problemlər
1923 dəfə oxunub
  • A-
  • A
  • A+

Sən bayramlara, adgünlərinə xüsusi hazırlaşırsan, o isə heç nəyə əhəmiyyət vermir. Onunla alış-verişə getmək istəyirsən, o isə vaxtı olmadığını deyir. Aranızdakı narazıçılıqlar və fərqlər günü-gündən artır.

Axşam.az xarici mətbuata istinadən kişi ilə qadın arasındakı fərqləri, onların yaratdığı problemləri təqdim edir:

Çox laqeyiddir

Siz neçə ildir ki, evlisiniz. O, son bir ildə ailəyə qarşı laqeyidləşib. Bayramlarda səninlə maraqlanmır. Sən evə qonaq çağırmaq istəyirsən, o isə tək qalmaq niyyətindədir. Sən istirahət günlərində piknik təklif edirsən, həyat yoldaşınsa, həmin günü dostları ilə keçirtmək istəyir. Aranızda mədəniyyət, düşüncə fərqliliyi var. Hərdən o sənin istəklərinlə həvəssiz razılaşır. Bundan sonra onu reallaşdırmaq sənə xoş olacaqmı? Hər hansı bir variantı seçsən, özəl gün sənin üçün darıxdırıcı və üzücü olacaq.

Məsləhət:
Kişilərin bayramlara və özəl günlərə qarşı diqqətsizliyi tez-tez rast gəlinən haldır. Buna görə mübahisə etmək lazım deyil. Onun ən yaddaqalan bayramı hansı olduğunu və necə keçirtdiyini öyrən. Bayram günlərinin sənin üçün necə önəmli olduğunu ona izah etməyə çalış. Unutma ki, oğlanlar söz-söhbəti sevməsələr də, emosiyalara önəm verirlər. Hər bir kişi üçün bayram günü adi günlərdən fərqlənmir. Əslində, bunun belə olmadığını kişiyə qadın izah etməlidir. Onun üçün unuda bilməyəcəyi bayram şənliyi hazırlaya bilərsən. Bu, çox çətin ola bilər. Amma heç bir kişi ona nağıl kimi bir gün bəxş edən qadını unutmaz.     

O, dostları ilə görüşmək istəyir
Sevdiyin oğlan səninlə tez-tez görüşmür. O, dostlarına səndən çox vaxt ayırır. Sən kinoya getməyi təklif edəndə o, dostları ilə klubda futbola baxacağını deyir. Hər dəfə də bu dost «Dost məhəbbəti» aranızda mübahisələr yaradır. Get-gedə bir-birinizə yadlaşdığınızı hiss edirsən. Sən onu, o isə dostlarını seçir.

Məsləhət:
O, əyləncəli tədbirləri, dostları ilə vaxt keçirtməyi xoşlayır. Digər qadınların diqqətini çəkməyə can atır. Bu münasibətdə əziyyət çəkən tərəf ancaq qadındır. Çalış, sənə xoş olmayan partilərə sevdiyinin xatirinə qatılma. Onun hər istəyinə razılıq vermə. Beləcə, o sənin də öz marağın olduğunu anlayacaq. Əgər o, səni itirmək istəmirsə, onda tələblərinlə razılaşacaq. Əks halda, öz bildiyini edib, münasibəti bitirməyə çalışacaq. Əlbəttə ki, hər bir qadın sevdiyi kişinin bütün diqqətini öz üzərində cəmləməyi arzulayır. Amma bu, həmişə reallaşmır. Nəyə və kimə görə özünə əziyyət verirsən? O çəkdiyin əziyyətə dəyərmi? Ya münasibəti bitir, ya da heç nəyə fikir vermədən onunla qalmağa davam et. Bəlkə sevgilin və özün üçün yeni macəralar axtarasan? Beləcə, onun diqqətini bir az da olsa çəkə bilərsən.

Ona hədiyyələr vacib deyil

Həyat yoldaşına hər dəfə hədiyyələr almağa çalışırsan. O isə buna heç əhəmiyyət vermir. Hətta ad günündə aldığın hədiyyəni heç açıb baxmadı da. Özü isə sənə heç vaxt hədiyyə bağışlamayıb. Hər dəfə bunlara görə, mübahisə edir, günlərlə küsülü qalırsan. Amma xeyri yoxdur. O, dəyişmir və heç fikri də yoxdur. Sənin üçün önəmli olan nələrsə onu qəti maraqlandırmır. Aranızdakı fikirayrılığı münasibətin soyumasına səbəb olur. Hələ də bir yerdə olmağınızın tək bir səbəbi var: ona olan sevgin.

Məsləhət:
Sən hər şeyi özünəuyğun formada dəyişməyə çalışırsan. Ona görə də sevgilinin hər xoşagəlməz hərəkətini böyük faciəyə çevirirsən. Kişilər həmişə qadınların istədiyi kimi ola bilməz. Onun nəyəsə başqa reaksiya göstərməsi o demək deyil ki, sevgilin artıq səni sevmir, sənə qarşı marağı yoxdur. Axı böyük əşyalar olmadan da insan xoşbəxt yaşaya bilər. Onu dəyişib, istədiyin kimi etməkdənsə, özün onun xüsusiyyətlərini qəbul etməyə çalış. Ola bilsin ki, sevdiyinin gündəlik qayğıları səni qane etmir. Buna görə də sən özəl günlərdəki hədiyyələrə əhəmiyyət verirsən. 

O, sakitlik istəyir

Əvvəllər siz daha tez-tez görüşür, əyləncə mərkəzlərinə gedirdiniz. Dostlarla yığışıb, vaxt keçirirdiz. Hətta bayramları və özəl günləri belə parti ilə qeyd edirdiz. Son vaxtlar isə sevgilinin münasibəti tamamilə dəyişib. O, artıq heç bir özəl günü qeyd etmək istəmir. Səninlə bayramları, hətta ad gününü də baş-başa keçirtməyi təklif edir. Hətta düşünür ki, bu cür tədbirlər sevgililər üçün lazımsızdır. Amma əvəzində dostları ilə əyləncəli klublara getməyə vaxt tapır. Bu isə aranızda mübahisələr yaradır. Bütün günü düşüncələr səni narahat edir: «Görəsən, o, artıq məni sevmir?». «Yəqin onun həyatında başqası var?». «Deyəsən, mənə olan marağını itirib»… Hər dəfə narazılığını bildirəndə isə «artıq böyümək zamanıdır» cavabını eşidirsən.

Məsləhət:
Əgər onun sənə olan hisslərindən şübhə edirsənsə, bunu gizlətmək lazım deyil. Onunla açıq danışıb, bu hərəkətlərinə görə ona qarşı inamsız olduğunu deyə bilərsən. Kişilərin səs-küylü partiləri bəyənməməsi normal haldır. Onların əksəriyyəti özəl günləri hansısa bir klubda yox, evdə, rahat kreslosunda oturub, televizora baxaraq keçirtmək istəyirlər. Bu kimi halları qabartmaq və hisslərin soyuması kimi dəyərləndirmək yalnız qadına ziyan gətirəcək. Çünki kişilər deyingən qadınları heç xoşlamırlar. Əgər o, indi sənin yanındadırsa, deyingənlik davam etsə, bir müddətdən sonra həqiqətən də onu itirəcəksən.