Məşhur detektiv yazarı dünyasını dəyişdi

Məşhur detektiv yazarı dünyasını dəyişdi
1351 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikanın tanınmış detektiv yazarı Enn Rays 83 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, yazıçının qızı Lesli anasının ürək çatışmazlığından vəfat etidiyini bildirib. 1931-ci ildə Miçiqanda doğulan Enn Vaşinqton Universitetinin yazıçılıq, psixologiya və krimanilistika üzrə ixtisaslarını bitirib.

Məzun olduqdan sonra polis şöbəsində işə başlayan Rays yazıçı kimi karyerasına 1969-cu ildə “True Detective” (“Əsl detektiv”) jurnalında çap olunan məqalələriylə başlayıb.

O, 1980-ci ildə yayımladığı “The stranger beside me” (“Məndən başqa qərib”) kitabında 1974-78-ci illərdə 30-dan çox qadını qətlə yetirən və daha sonra elektrikli stula bağlanaraq edam edilən məşhur cani Ted Bandinin həyatını qələmə alıb. Enn 30-dan çox kitabın müəllifidir.