6 yaşlı qız qardaşını ölümdən necə xilas etdi?

6 yaşlı qız qardaşını ölümdən necə xilas etdi?
8097 dəfə oxunub
  • A-
  • A
  • A+

Tessi sevimli, ağıllı 6 yaşlı qızdır.

Bir gün o, valideynlərinin onun balaca qardaşı Ted haqda danışığını eşidir. O, bilirdi ki, Ted ağır xəstədir, amma ata-anasının kifayət qədər pulu yoxdur. Tessi atasının ağlayan anasına "Ancaq möcüzə onu xilas edə bilər" dediyini eşidir.

Balaca qızcığaz öz otağına qaçaraq şirniyyat qabına yığdığı bütün pulu açıb döşəmənin üstünə tökür. Lazım olduğunu düşündüyü qədər götürərək qalanını yerinə qoyur. Əlindəki pulla aptekə qaçan qız satıcının diqqətini cəlb etmək üçün çox gözləməli olur. Amma əczacı başqa biriylə danışdığı üçün Tessiyə fikir vermir.

Qızcığaz yüksək səslə öskürməyə başlayınca satıcı deyir:

- Nə istəyirsiniz? Görmürsüz ki, mən Çikaqodan gələn illlərdir görmədiyim qardaşımla danışıram?
- Yaxşı, mən də qardaşımla danışmaq istəyirəm. O, olduqca dəhşətli dərəcədə xəstədir... Və mən istəyirəm ki, ona möcüzə alım, - deyə Tessi cavab verir.
- Bağışlayın, nə?
- Onun adı Teddir, başında pis nəsə var. Atam dedi ki, onu ancaq möcüzə xilas edə bilər. Sizdə möcüzə neçəyə satılır?
- Qızım, biz burada möcüzə satmırıq. Bağışla, kömək edə bilməyəcəyəm - əczaçı son sözünü deyir.
- Qulaq asın, mənim pulum var, ödəməyə gücüm çatar. Əgər bu bəs etmirsə, yenə gətirə bilərəm. Sadəcə qiymətini deyin.

Satıcının şux geyimli qardaşı bu arada söhbətə qoşulur:
- Balaca qız, sənin qardaşına necə bir möcüzə lazımdır?
- Mən bilmirəm. Bircə onu bilirəm ki, o, çox xəstədir. Anam deyir əməliyyat lazımdır. Atam isə ödəyə bilmir. Ona görə mən fikirləşdim ki, pulumu istifadə edim.
- Sənin nə qədər pulun var?
- Bir dollar və 11 sent.

Satıcının qardaşı qızdan pulu alır və onu evlərinə aparmağı xahiş edir.
- Mən sənin qardaşıva baxmaq və ailənlə tanış olmaq istəyirəm. Görüm, sizə necə möcüzə lazımdır.

Bu gözəl geyimli və xasiyyətli insan məşhur cərrah doktor Karlton Armstronq imiş. O, Tedi pulsuz əməliyyat edir və balaca oğlan evinə sağlam şəkildə dönür. Ata və ana isə xoşbəxtliklərini sözlə ifadə edə bilmirlər. Ana qızına "Bu həkim əsl möcüzədir... Bəs neçəyə aldın?" deyə soruşur.

Qardaşını xilas edən Tessi isə gülümsəyir. Çünki, o, möcüzənin qiymətini bilirdi:

"Bir dollar, 11 sent... Əlavə olaraq balaca qızcığazın güclü inamı".