Türkiyənin yeni parlayan ulduz aktyoru - fotolar

Türkiyənin yeni parlayan ulduz aktyoru - fotolar
12496 dəfə oxunub
  • A-
  • A
  • A+

Son dövrlər Türkiyənin sürətlə parlayan ən gənc ulduzlarından sayılan aktyor Tolqa Sarıtaş 1991-ci ildə anadan olub.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, ilk dəfə tamaşaçı qarşısına "Bahtı Kara" serialı ilə çıxıb. 2011-ci ildə isə "Kaledeki yalnızlık" filmi ilə kino dünyasına da iddialı olduğunu göstərib. Eyni ildə "Sen de gitme" serialına çəkilən Tolqa daha sonra "Arka sokaklar", "Öyle bir geçer zaman ki" və "20 dakika" seriallarında qonaq aktyor kimi çəkilir.

O, ən böyük çıxışını isə "Möhtəşəm yüz il" serialındakı Şahzadə Cahangir obrazı ilə edib. Qardaşı Şahzadə Mustafanın ölümü zamanı dediyi ağı ilə tamaşaçıların diqqətini çəkən aktyorun serialdakı öz ölümü də onu sevdirdi. Hətta bəziləri onun rolunun öhdəsindən "Oskar" alacaq qədər təbii gəldiyini deyirlər.

Türkiyənin ən tanınmış serialından sonra "Benim adım Gültepe"də görünən Sarıtaş layihənin erkən finalından sonra hazırda ən reytinqli seriallardan sayılan "Güneşin kızları"nda iştirak edir.

Onu Kıvanç Tatlıtuğ, Burak Özçivit kimi ulduzlarla yanaşı qoyan tamaşaçılar aktyorun üç ildə bu qədər irəli getməsini təqdir edirlər.

O, "Güneşin kızları"nın "Selin"i aktrisa Hande Erçel ilə sevgilidir.