Ancelina Coliyə bənzəyən rus gözəli - fotolar

Ancelina Coliyə bənzəyən rus gözəli - fotolar
11929 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur Britaniya jurnalı "The Daily Mail" Hollivud ulduzlarına bənzəyən rusların siyahısını hazırlayıb.

Axşam.az-ın məlumatına görə, siyahıda diqqəti ən çox çəkən isə aktrisa Ancelina Colinin bənzəri Assiol Vasilyeva olub. Yerli rəssam Vladimir Vasilyevin qızı olan Assolun Ancelinaya bənzədiyini deyənlər çoxdur.

O, özü isə bu barədə belə deyir:

"Güzgüdə və fotolarda özümə baxanda, Colini görmürəm. Anam görür, bəzən də nənəm deyir... İnsanlar deyir ki, guya mən oxşamaq üçün estetik əməliyyat etdirmişəm. Bu məni və ailəmi güldürür. Çünki yaxınlarım bilir ki, mən necə varamsa, həmişə belə olmuşam. Hesab etmirəm ki, Ancelinaya oxşayıram. Əgər elə düşünürlərsə, Tolstoy demişkən "Bütün gözəl qadınlar bir-birinə bənzəyir".