Ruhi xəstə olan aktyoru anası qapı-qapı axtarır

Ruhi xəstə olan aktyoru anası qapı-qapı axtarır
5946 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Arda Kuralın psixoloji problemləri olduğu haqda xəbərlər bir müddətdir ki gündəmdədir.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, aktyorun anası şizofreniyadan əziyyət çəkən oğlunu qapı-qapı gəzərək axtarır. Yaşadığı evindən çıxarılan Arda dostları başda olmaqla ona təklif edilən heç bir köməyi qəbul etmir.

Uzun müddətdir oğlunu görməyən Gülnur Kural ondan çox narahat olduğu hər kəsdən kömək istəyir.

Qeyd edək ki, bir vaxtlar “Türk kinosunun Leonardo Di Kapriosu” adlandırılan aktyor 2012-ci ildə Ruhi Əsəb Dispanserində müalicə alsa da, yenidən əvvəlki vəziyyətinə qayıda bilməyib. Anası ilə birlikdə yaşayan A.Kural ev yiyəsinin tələbi ilə mənzili boşaltmalı olublar. Anası ilə dayısının evinə getmək istəməyən Arda boş mənzildə yaşamalı olub.

Lakin qonşular onun paltarlarını toplayaraq çamadanlarını binanın həyətinə qoyublar. Bu səbəbdən həyətdə yaşamalı olan Arda burada qəribə hərəkətləri ilə sakinləri qorxutmağa başlayıb.