Elza Seyidcahan "Cənnət quşu" obrazında - fotolar

Elza Seyidcahan "Cənnət quşu" obrazında -  fotolar
1917 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan yenə də fərqli imici ilə diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, müğənni “Azərbaycanın səsi” yarışmasında başına lələklər taxaraq, efirə çıxıb.

E.Seyidcahan obrazına “Cənnət quşu” adını verib:

“Yenə də Leyla Əhmədovanın ideyasıdır. Obrazımın adı “Cənnət quşu”dur. Əynimdəki libas isə çox bahalı parçadan tikilib. Nadir Qafarzadə məni Şövkət Ələkbərovanın cavanlığına bənzətdi. Efirdə "balıq ətli" görünürəm. Realda bu qədər kök deyiləm”.

E.Seyidcahan yaxın günlərdə idmanla məşğul olacağını da bildirib:

“Bu yaxınlarda basketbola getməyi düşünürəm. Nofəl adlı tələbəm var, basketbolla məşğul olur. Mənə dərs verəcək”.