Meymundan hamilə qadına gözlənilməz davranış – video

Meymundan hamilə qadına gözlənilməz davranış – video
10625 dəfə oxunub
  • A-
  • A
  • A+
37 həftəlik hamilə olan sevgilisi ilə zooparka gedən gənc maraqlı vəziyyətlə qarşılaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hamilə qadın qarnını Rajang adlı oranqutanın qəfəsinin pəncərəsinə söykəyib. Nə edəcəyi maraqla gözlənilən meymun bu zaman şüşəyə yaxınlaşaraq onun qarnından öpüb.
 
Oraqnutanın bu davranışı ətrafdakılar tərəfindən də səmimiyyətlə qarşılanıb. Daha sonra Kolçester zooparkında baş vermiş bu hadisənin videosunu sosial şəbəkədə paylaşan gənc yazıb:

“37 həftəlik hamilə sevgilimlə zooparka getmişdik. Rajang hələ əvvəldən sevgilimin qarnına böyük maraq göstərirdi. Ona qarnını şüşəyə söykəməsini dedim. Baş verənlər isə göz önündədir. Sınamaq üçün mən də Rajangın pəncərəsinə söykəndim, amma mənə tərs-tərs baxdı. Meymunun hərəkəti bizi çox təsirləndirdi”.