Küsülü müğənnilər eyni yarışmada münsif olacaqlar

Küsülü müğənnilər eyni yarışmada münsif olacaqlar
4534 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser-aparıcı Acun İlıcalı “TV8” kanalında avqustun 3-dən yayımlanacaq “Rising star” (“Yüksələn ulduz”) yarışması üçün müğənni Gülbən Ərgənlə razılaşma əldə edib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, müsabiqənin münsif kürsüsündə əyləşənlərdən biri də Gülbən olacaq. Maraqlı məqam odur ki, G.Ərgən 2011-ci ildə “Şıkır şıkır” mahnısına görə məhkəməlik olduğu həmkarı Mustafa Sandalla eyni kürsünü paylaşacaq. Tanınmışların küsülülüyünün yarışmaya necə təsir edəcəyi isə hələ bəlli deyil.

Qeyd edək ki, Gülbən həftədə 2 dəfə yayımlanacaq “Rising star”ın hər buraxılışı üçün 20 min lirə (təxminən 7600 manat) qonorar alacaq.