"Azərbaycanın səsi"ndən uzaqlaşdırıldı - fotolar

"Azərbaycanın səsi"ndən uzaqlaşdırıldı -  fotolar
10974 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının daha bir buraxılışı baş tutub.

Axşam.az-ın məlumatına görə, maraqlı anların yaşandığı verilişdə iştirakçılardan biri yarışmadan uzaqlaşdırılıb. Belə ki, xalq artisti Nisə Qasımovanın tələbəsi Şəhanə canlı yayıma gəlməyib.

Təşkilat komitəsi bunu hörmətsizlik kimi qiymətləndirərək, gənc ifaçını yarışmadan uzaqlaşdırıb.

N.Qasımova tələbəsinin ünvanına “ATV telekanalında görünmək özü bir şərəfdir. Layihəni səbəbsiz tərk etmək hörmətsizlikdir. Bundan sonra başqa uğura addım atma” sözlərini deyib.

Daha sonra münsif olan əməkdar artist Elza Seyidcahanla müğənni Elton Hüseynəliyev arasında gərgin anlar yaşanıb.

Tələbəsi olan Xatirə Məhərrəmlinin ifasını bəyənməyən E.Hüseynəliyev ona bunları deyib:

“İncimə məndən, mədəni qızsan. Məşqlərə həvəslə gəlirsən. Amma səndə oxumaq istedadı yoxdur. İfaçı, müğənni ola bilməyəcəksən".
 
İfaçının bu sözlərinə E.Seyidcahan etiraz edib:

“Səni həvəsdən salmaq istəmirəm. Eltonla razı deyiləm. Elə vokal müəllimləri var ki, ən kiçik səsi olan ifaçını belə gözəl yetişdirir, səsini açırlar. Bəyənmirdin, niyə seçirdin?”.

Aparıcılığını Afaq Gəncəli və Ruslan Ağayevin etdiyi verilişin münsifləri Nisə Qasımova, Elza Seyidcahan, Nadir Qafarzadə və Elton Hüseynəliyevdir. 

Hər münsifin qrupundan bir iştirakçı yarışı tərk edib.

Qeyd edək ki, müsabiqənin qalibi ölkəmizi “Türkvision”da təmsil edəcək.

Verilişə hər həftənin çərşənbə axşamı "Sirena Motors"un sponsorluğu ilə saat 22:00-da baxa bilərsiniz.

Foto: Ramin ASLANOV