Aqil M.Quliyev 5 ildən sonra...

Aqil M.Quliyev 5 ildən sonra...
2751 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Aqil M.Quliyev 5 ildir üzərində çalışdığı “Şaman” filminin aqibətindən bəhs edib.
 
Axşam.az-ın məlumatına görə, bu haqda "Star life” verilişində danışan rejissor sentyabrda təqdimat keçirəcəyini bildirib:

“5 ildr “Şaman” layihəsini edirik. Montaj işləri başa çatmaq üzrədir. Payızda təqdimatıdır. Mənim filmim komediya janrında yox, mistik-trillerdir”.

Rejissor kino sahəsindəki zəiflikdən də şikayətlənib:

"Mütəxəssis qıtlığı var. Keyfiyyətli kamera yoxdur. Yeni canlanma başlayıb. Müəyyən qüsurlar, zəiflik lazımdır. Bu sahəyə sponsor cəlb olunmalıdır. Təkcə Bakıda yox, rayonlarda da kinoteatrlar yaradılmalıdır”.