İçdiyi suya görə 5 min ödədi – fotolar

İçdiyi suya görə 5 min ödədi – fotolar
2900 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir qədər əvvəl 32 milyardlıq sərvətini xeyriyyə qurumlarına bağışlaması ilə gündəmə gələn Səudiyyə Ərəbistanı şahzadəsi Əl-Valid ibn Talal ibn Əbdüləziz əl-Saud növbəti təəccübləndirici addım atıb.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Türkiyənin Marmara bölgəsində səfərdə olan şahzadə 20 nəfərlik ailəsi ilə şəhər gəzintisi zamanı obyektivlərə tuş gəlib. Məkanların birində əyləşən Əl-Valid restorandan çıxarkən sadəcə içdiyi suya görə 5 min dollar ödəyib.

Daha sonra mağazalara baş çəkən ərəb şahzadəsi alış-veriş də edib. Dünya milyarderləri siyahısında sərvətinə görə 32-ci yeri tutan Əl-Valid turistlərin şəkil çəkdirmək istəyinə qarşı çıxmayıb.