"Bunun üçün Elnur Hüseynov kimi olmaq lazımdır" - Elçin
Müğənni Elçin Cəfərov xalq artisti Aygün Kazımovaya yenidən mahnı yazacaq.
Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Star life” verilişində danışıb:
“Birlikdə duet oxuduq, maraqlı alındı. İşbirliyimiz davam edəcək. Aygün xanım üçün mahnılar yazacam. Nə vaxtsa yenidən duet oxuya bilərik, amma hələ ki belə plan yoxdur”.
E.Cəfərov xarici ölkədə tanınmaq istəməməsinin səbəbini də açıqlayıb:
“Hər ölkənin öz müğənnisi var. Onlara elə bir şey təqdim etmək lazımdır ki, fərqli olsun. Elnur Hüseynov da belə oldu. Türkiyədə onun kimi ifaçı yox idi. Ona görə də qəbul olundu və sevildi. Onlardan biri olacamsa, elə ölkəmdə qalıb, çalışım da".