"Ata məni də evləndir"

"Ata məni də evləndir"
3520 dəfə oxunub
  • A-
  • A
  • A+
Ağdamda yol polisi qayda pozan sürücülərə qarşı reyd keçib.

Axşam.az "Report"-a istinadən xəbər verir ki, reyd zamanı sürücülərin sürət həddini aşması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, qarşı hərəkət zolağına çıxması və sürücülük hüququ olmadan avtomobili idarə etməsi faktları aşkarlanıb.

Bundan başqa, qanunsuz olaraq, kustar üsulla hazırlanmış pərdə və plyonkalardan istifadə edən sürücülər də saxlanılıb.

Reyd zamanı 28 sürücü barəsində inzibati protokollar tərtib olunub. Onlardan iki nəfəri sərxoş vəziyyətdə saxlanılıb.

Bir sürücü isə "VAZ 2107" markalı avtomobilinin arxa şüşəsinə "Ata məni də evləndir" yazdığı üçün cərimələnib.