Döyüldüyünü deyən aparıcının ərindən açıqlama

Döyüldüyünü deyən aparıcının ərindən açıqlama
3963 dəfə oxunub
  • A-
  • A
  • A+
Əri tərəfindən döyülməsi iddiası ilə məhkəməyə müraciət edən aparıcı İkbal Gürpınara qarşı tərəfdən cavab gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcının həyat yoldaşı Emre Ermişin vəkili əvvəlcə mətbuata açıqlamasında “Sevən adam qısqanar” tipli açıqlamalar verib. Lakin daha sonra verilişlərdən biri ilə əlaqə yaradan Emre iddiaların yalan olduğunu bildirib:

“Mən qadına əl qaldırmaram. Xanımımı vurmağa heç kimin hünəri çatmaz. Biz nikah müqaviləsi bağlamışıq. “Döyülmə” xəbərləri həyat yoldaşımla aramızda soyuqluq yaranan zaman ortaya atılmış əsassız informasiyalardır. Biz Ramazan ayı boyunca bir yerdə verilişlərə çıxmışıq. Aramızda problem olsaydı, bir yerdə necə görünə bilərdik?”.

E.Ermişin sözlərindən sonra İkbal Gürpınar sosial şəbəkədə yazıb:

“Ayrılmağımızla bağlı heç bir media orqanına açıqlama vermədiyim halda, adımdan şayiələr yazdılar. Saysız-hesabsız kanallardan efirə çıxmağım üçün zənglər gəldi. Təhqiredici şərh yazanlarla vəkilim məşğul olacaq. Allahım mənə səbr versin”.