Mətanətin müğənni bacısı: "Ondan əvvəl oxuyuram"

Mətanətin müğənni bacısı:  "Ondan əvvəl oxuyuram"
5193 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Mətanət Əsədovanın bacısı Tutu Əsədovanın tanınmış ifaçı olduğu ortaya çıxıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi "5/5" verilişinin qonağı olub.

T.Əsədova aparıcının "Niyə bacınızla birlikdə efirə çıxmırsınız, tanınmırsınız” sualına belə cavab verib:

“Hərənin öz aləmi var. Məni dəvət etdiniz gəldim. 28 ildir sənətdəyəm. Bacımdan əvvəl oxuyuram. Efirə həvəsim olmayıb. Toylara gedirdim. Hacıbaba Hüseynovun tələbəsiyəm. Asəf Zeynallı adına Musiqi Kollecində dərs almışam. Musiqi savadım var”.