Nazirlikdən "Azdrama" ilə bağlı qalmaqala münasibət

Nazirlikdən "Azdrama" ilə bağlı qalmaqala münasibət
1604 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və Turizm Nazirliyi son günlər Akademik Milli Dram Teatrı ətrafında yaranan narazılıqlara münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında deyib ki, teatrların yaradıclıq sahəsində zaman-zaman müəyyən problemlər, narazılıqlar olub və elə yaradıcılıq mühitində də həll olunub:
 
"Hazırda dövlət proqramı çərçivəsində teatrlarda yeni yaradıclıq fəaliyyətləri aparılır və yeni mövsümə hazırlıq işləri görülür.

Akademik Milli Dram Teatrında çalışan bir neçə aktyorun teatrın rəhbərliyindən narazı olması məsələsinə gəlincə, qeyd edə bilərik ki, artıq nazirlikdə bu barədə məlumatlar toplanılıb.

Hazırda bütün teatr və konsert müəssisələri məzuniyyət dövründədir. Yeni teatr mövsümünün açılış günlərində, yəni sentyabrda qeyd etdiyim məsələyə baxılacaq".