Ancelina Colidən oğluna hədiyyə - fotolar

Ancelina Colidən oğluna hədiyyə - fotolar
3867 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli oğlu Meddoks ilə birlikdə müharibə haqda film çəkir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, filmin çəkilişlərinə hazırlıq artıq başlayıb. Rejissor və aktrisa A.Coli bu haqda belə deyir:

"Meddoks hər gün məktəbdən sonra çəkiliş meydançasında olacaq. Biz bir yerdə onun ölkəsi haqda daha çox öyrənəcəyik. Gələn həftə Meddoksun 14 yaşı olur, o, əslində kim olduğunu daha yaxşı bilməlidir. Bəli, o, mənim oğlumdur, amma eyni zamanda da Kamboca oğludur. Mən arzu edirəm ki, film həqiqətləri çatdırsın və maraqlı olsun. Film Kamboca xalqına həsr olunacaq".

Media yazır ki, Coli artıq Kambocadadır, noyabrda başlayacaq çəkilişlər üçün hazırlıqlar görür.

Qeyd edək ki, film Kambocanın insan haqqları müdafiəçisi Lunq Anqa həsr olunacaq. "Əvvəl onlar mənim atamı öldürdülər... - Kamboca qızının xatirələri" adlanan ekran işi 2016-cı ilin ikinci yarısında təqdim olunacaq.