Bakı bulvarından yaxta oğurlanıb

Bakı bulvarından yaxta oğurlanıb
2301 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxtanın sahibi polisə müraciət edib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış.
 
F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.
 
Qeyd edək ki, F.Abdullayev biznesmendir.