Milyonların izlədiyi ev satılır - fotolar

Milyonların izlədiyi ev satılır - fotolar
5429 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın "AMC" telekanalının məşhur serialı "Breaking Bad"in ("Pis qırılma") çəkildiyi evlərdən biri satışa çıxarılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumata görə, keçən il "Emmi" mükafatlarında bütün əsas mükafatları götürən serialın qəhrəmanı "Cessi Pinkman"ın (aktyor Aaron Paul) yaşadığı ev 1,6 milyon dollara satılır.

"Pinkman"ın ilk seriyalarda narkotika hazırladığı səhnələr də bu evdə çəkilib.

Qeyd edək ki, milyonlarla izləyici oln serialın digər əşyaları da bundan əvvəl satışa çıxarılıb. Belə ki, baş qəhrəman "Volter Vayt"ın alt paltarı 10 min dollara, serialda sirrlərin açılmasında rolu olan "Leaves of Grass" kitabı isə 65 min dollara satılmışdı.