Məryəmin bəyənmədiyi ssenarini qəbul etdi

Məryəmin bəyənmədiyi ssenarini qəbul etdi
4404 dəfə oxunub
  • A-
  • A
  • A+
Məryəm Üzerli üçün yazılan, amma aktrisanın bəyənməyib rədd etdiyi ssenarini həmkarı Cansu Dərə qəbul edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, keçən il ərəb-türk ortaq şirkəti ilə razılaşan M.Üzərli üçün 5 ssenari müəllifi işləmişdi. Lakin sonra ssenari bəyənilmədiyi üçün müəllifləri dəyişdirilmişdi. 

Ssenarisi bəyənilməyən yazar isə Deniz Akçay yazdıqlarını "Kara Para Aşk"ın rejissoru, həyat yoldaşı Ahmet Katuksuz vasitəsi ilə ikinci dəfə dəyərləndirmək istəyib.

"Ay Yapım"ın başçısı Kerem Çatay ssenarini alaraq aktrisa Cansu Dərəyə oxudub. "Möhtəşəm yüz il"dən sonra çəkilişlərə fasilə verən aktrisa layihəni bəyənərək çəkilməyə qərar verib.

Hazırda aktrisa üçün tərəf müqabili axtarılır.